Bakı. Fuad Cəfərov - APA. Bu ilin ilk 6 ayında 26 yol polisi xidmətdən uzaqlaşdırılıb.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlar əlaqə şöbəsinin rəisi Kamran Əliyev APA-nın sorğusuna cavabında bildirib ki, bu ilin ilk altı ayında 26 yol polisi daxili işlər orqanlarından uzaqlaşdırılıb, 10 nəfər isə digər vəzifələrə keçib.
Şöbə rəisi ötən il 80 yol polisinin daxili işlər orqanlarından, 19 nəfərin isə tutduğu vəzifədən uzaqlaşdırılaraq digər vəzifələrə təyin edildiyini bildirib.
K. Əliyev ölkə ərazisində 1971 yol patrul xidməti inspektorunun xidmət apardığını qeyd edib.