Bank Of Baku

Bələdiyyə seçkiləri ilə bağlı 1000 seçki məntəqəsində “web-kamera”lar quraşdırılacaq

Bələdiyyə seçkiləri ilə bağlı 1000 seçki məntəqəsində “web-kamera”lar quraşdırılacaq
# 28 noyabr 2014 14:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

 

APA-nın məlumatına görə, iclasda 25 noyabr 2014-cü il tarixli protokol təsdiqlənib. Dekabrın 23-nə təyin edilən bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində “web-kamera”lardan istifadə ilə bağlı məsələyə baxılıb.

 

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərini sonadək izləmək üçün 1000 seçki məntəqəsində “web-kamera”lar quraşdırılacaq.

 

Daha sonra Elman Fəttah bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb.

 

İclasda bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.

Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR