Bakı. Ramiz Mikayıloğlu - APA. ELS Müstəqil Araşdırmalar Mərkəzi 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkilərində exit-poll keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Bu barədə APA-ya açıqlamasında MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli söyləyib.
Ş.Əsədli bildirib ki, MSK bununla bağlı daxil olmuş müraciətə baxır və yaxın günlərdə müvafiq qərar qəbul edəcək.