Bank Of Baku

Bələdiyyə seçkilərində namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi üçün ayrılan müddət bu gün başa çatır

Bələdiyyə seçkilərində namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi üçün ayrılan müddət bu gün başa çatır
# 29 noyabr 2014 11:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Dairə Seçki komissiyaları tərəfindən bələdiyyə seçkilərində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi üçün ayrılan müddət başa çatır.

 

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası oktyabrın 21-də bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-də keçirilməsi barədə qərar qəbul edib.

 

Qərara əsasən, 1607 bələdiyyəyə 15035 nəfər bələdiyyə üzvü seçilməlidir. Seçki qanunvericiliyinə əsasən, namizədin qeydə alınması üçün imza vərəqələri və digər lazımi sənədlər DSK-lara təqdim edildikdən sonra sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi üçün 7 gün ayrılır.

 

Noyabrın 22-də 2014-cü il 23 dekabra təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim olunması müddəti başa çatıb.

 

Bu gün - noyabrın 29-da isə dairə seçki komissiyaları tərəfindən bələdiyyə seçkilərində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi üçün ayrılan müddət başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR