Bank Of Baku

Bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi üçün ayrılmış müddət başa çatır

Bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi üçün ayrılmış müddət başa çatır
# 11 yanvar 2015 09:24 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) ayrılmış vaxt başa çatır.

 

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən MSK  bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi prosesini səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində başa çatdırmalıdır.

 

Son bələdiyyə seçkiləri ilə bağlı bu müddət bu gün – yanvarın 11-də başa çatır. MSK bələdiyyə seçkilərinin yekunlarını isə yanvarın 17-dək elan etməlidir. Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən bu proses seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində başa çatdırılmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR