Bank Of Baku

BŞİH: Müsavatın qurultaya yer ayrılması ilə bağlı müraciətinə baxılır

BŞİH: Müsavatın qurultaya yer ayrılması ilə bağlı müraciətinə baxılır
# 06 iyun 2014 08:35 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.

 

Z.Ramazanov bildirib ki, Müsavat Partiyasının iyunun 28-nə təyin etdiyi qurultayla bağlı müraciəti BŞİH-ə daxil olub və müraciətə yazılı surətdə cavab veriləcək.

 

Müraciətə nə vaxt cavab veriləcəyinə gəlincə, Z.Ramazanov bu barədə danışmaq istəməyib.

 

Xatırladaq ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qurultayına yer ayrılması ilə bağlı yaranmış problemlə əlaqədar hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR