Bank Of Baku

Cəlilabad sakini həyat yoldaşının gözü qarşısında bıçaqlanıb - FOTO

Cəlilabad sakini həyat yoldaşının gözü qarşısında bıçaqlanıb - <span style="color: red;">FOTO
# 31 yanvar 2015 06:46 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

 

Qızının ad gününə hazırlaşan Göytəpə  şəhər sakini, 38 yaşlı Mirqoşqar Mürsəlov həyat yoldaşı ilə mağazadan bazarlıq edib evə qayıdarkən bir neçə şəxs tərəfindən döyülərək bıçaqlanıb. Yaxınlarının köməyi ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılan M. Mürsəlova ilk tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, faktla bağlı hələlik heç kim saxlanmasa da, M. Mürsəlova xəsarət yetirmiş şəxslərin kimliyi artıq məlumdur.

 

Onların istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR