Bank Of Baku

Çingiz Qənizadə: “Martin Şultsun açıqlamaları göstərir ki, bunlar bir mərkəzdən idarə olunur”

Çingiz Qənizadə: “Martin Şultsun açıqlamaları göstərir ki, bunlar bir mərkəzdən idarə olunur”
# 28 noyabr 2014 11:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA. “Avropa Parlamentinin sədri Martin Şultsun açıqlamaları və bundan əvvəlki açıqlamalar göstərir ki, bunlar bir mərkəzdən idarə olunur və eyni xətdir”.

 

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Çingiz Qənizadə deyib.

 

Onun sözlərinə görə, belə açıqlamaların verilməsində məqsəd Azərbaycandakı bugünkü sabitliyin, iqtisadi və siyasi uğurların qəbul olunmamasına nail olmaqdır: “Təəssüf hissi ilə qeyd edirəm ki, bu açıqlamaların içərisində konkret 5-6 adamın adını çəkməklə, yenə də o insanlarla bağlı dövləti məcbur etməyə çağırırlar ki, hansısa addımlar atılsın. Birincisi, bütün dünyada qəbul olunmuş bir qayda var - qanun hamı üçün qanundur və heç kəs qanunun tətbiqində ayrı seçkiliyə məruz qala bilməz. Baxsaq ki, bu gün ictimai-siyasi həyatda fəaliyyət göstərib, hansısa cinayət əməlinə görə saxlanılmış və tutulmuş, barəsində hökm çıxarılmış şəxslərin sayı 10-15 nəfər civarındadır. Məhz 1-2 adamın üzərində bunlar fikirlərini formalaşdırmaqla, sanki vaxtilə bunlar onlara xidmət etdiyi kimi, indi də bunlar onlara xidmət edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR