Bank Of Baku

Əli Əhmədov: “Parlament seçkilərində YAP-ın namizədləri ciddi araşdırmalar əsasında müəyyənləşəcək” - VİDEO

Əli Əhmədov: “Parlament seçkilərində YAP-ın namizədləri ciddi araşdırmalar əsasında müəyyənləşəcək” - <span style="color: red;">VİDEO
# 31 yanvar 2015 08:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyası bu il ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı planlarını açıqlayıb.

 

APA-nın məlumatına görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, YAP ənənəvi olaraq seçki hazırlıqlarına xeyli əvvəldən başlayır.

 

O qeyd edib ki, partiya bu seçkilərə də ciddi hazırlaşır: “Biz hazırlıq prosesində bir çox məsələlərə, o cümlədən partiyanın namizədlərinin müəyyənləşdirilməsinə ciddi yanaşacağıq. Namizədlər ciddi araşdırmalar əsasında müəyyənləşəcək. Bütövlükdə parlamentdə YAP-ı təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti partiyanı, o cümlədən də seçiciləri qane edir. Belə şəxslər də mütləq nəzərə alınacaq. Buna baxmayaraq, həyat inkişaf edir. YAP-ın mövqeyi budur ki, seçicilərin rəğbətini qazanmış şəxslərin namizədliyi irəli sürülür. Biz seçki kampaniyasına məhz bu meyarla hazırlaşacağıq. Güman edirəm ki, bu seçki də YAP üçün uğurlu olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR