Bank Of Baku

Əli Əhmədov: Seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib

Əli Əhmədov: Seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib
# 23 dekabr 2014 17:24 (UTC +04:00)

Bunu YAP sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

Seçkilərdə YAP-ın 16 760 nəfər namizədinin olduğunu deyən Ə. Əhmədov bildirib ki, bunlardan  4400 nəfəri partiya tərəfindən, 3356 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: “Bu, YAP  resursunun ölkədə nə qədər çox olmasından xəbər verir”.

 

 

Seçkilərin baş tutduğunu bildirən YAP sədr müavini deyib ki, partiya seçki nəticələrinə böyük ümid bəsləyir: “İstinad etdiyimiz başlıca seçki resursu bu ümidlərə əsas verir”.

 

Ə. Əhmədov bildirib ki, seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib: “Müşahidəçilərimiz çox geniş şəkildə iştirak ediblər və onlar tərəfindən heç bir qanun pozuntusu barədə məlumat almamışıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR