Bank Of Baku

Müsavat Qadınlar Birliyinin sədri də Divana çağırılıb

Müsavat Qadınlar Birliyinin sədri də Divana çağırılıb
# 28 yanvar 2015 08:20 (UTC +04:00)

Bu barədə APA-ya E. Məmmədli özü məlumat verib. O bildirib ki, dəvəti qəbul edib və imkan daxilində Divanda iştirak etməyə çalışacaq.

 

E. Məmmədli partiyadan kənarlaşdırılması ehtimalına münasibət bildirərək Nizamnamədən kənar fəaliyyət göstərmədiyini vurğulayıb: “Mən istər sıravi müsavatçı kimi, istərsə Qadınlar Birliyinin sədri kimi Nizamnamədən kənar fəaliyyətlə məşğul deyiləm. Birlik hər ay öz fəaliyyətinə davam edir, iclas və tədbirlər keçirir, partiyanın bütün tədbirlərində də fəal iştirak edir”.

 

Xatırladaq ki, Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu da Divanın iclasına çağırılıb. Ona indiyə qədər atdığı addımların müzakirəyə çıxarılacağı bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR