Bank Of Baku

Əlövsət Talışxanlı: “İsa Qəmbərin düşdüyü indiki vəziyyət çox acınacaqlıdır”

Əlövsət Talışxanlı: “İsa Qəmbərin düşdüyü indiki vəziyyət çox acınacaqlıdır”
# 26 noyabr 2014 15:42 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) və partiyanın sabiq üzvü Əlövsət Talışxanlı noyabrın 23-də keçirilən Müsavatın ümumrespublika müşavirəsində sabiq başqan İsa Qəmbərin fikirlərinə münasibət bildirərkən deyib.

 

Ə. Talışxanlı indiki MNTK-nı qeyri-legitim adlandırıb və İ. Qəmbəri tərəf olmaqda qınayıb: “Əvvəlki komissiyanı tərəf olmaqda ittiham edənlər isə unudurlar ki, həmin tərkibin ayrı-ayrı üzvləri Vurğun Əyyubun, Sülhəddin Əkbərin, Arif Hacılının tərəfdarları ola bilərdilər, lakin İsa Qəmbər o dövrdə partiyada tərəf olmadığına görə MNTK-nın qəbul etdiyi qərarlar kiminsə istəyi ilə həyata keçirilə bilməzdi. O, özü də bunu çox gözəl bilirdi. Əgər MNTK o zaman partiya başqanına və ya digər strukturların rəhbərlərinə qarşı olsaydı belə, bu, ancaq Müsavatdaxili demokratiyaya xidmət edərdi”.

 

Ə. Talışxanlı qeyri-legitim başqan saydığı Arif Hacılının partiyada azlığın - öz qrupunun lideri olduğunu söyləyib: "Bu səbəbdən də indiki MNTK-nın Arif Hacılının tərəfində olmasını əvvəlki MNTK-nın partiyanın rəhbər şəxslərinin tərəfində olması ilə eyniləşdirmək böyük qərəzdir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR