"Səsvermə prosesi çox sakit, normal keçir".
Bunu APA-ya açıqlamasında Azərbaycanda prezident seçkilərini müşahidə edən GUAM müşahidə missiyasının üzvü, Gürcüstan parlamentinin nümayəndəsi Gedevan Popxadze deyib.
"11 seçki məntəqəsində olmuşuq və müşahidələrimizə əsasən deyə bilərəm ki, hər yerdə normal seçki keçirilir. Heç bir xoşagəlməz halın şahidi olmamışıq", - deyə o vurğulayıb.
GUAM müşahidə missiyasının digər üzvü, Ukrayna parlamentinin nümayəndəsi Oleq Medunitsa da Azərbaycanda prezident seçkilərinin sakit keçdiyini bildirib: "Olduğumuz seçki məntəqələrində hələlik qayda pozuntusu qeydə almamışıq. Yerli müşahidəçilərlə də danışmışıq və onlar da qayda, akt pozuntusu ilə bağlı heç nə bildirməyiblər. Yerli müşahidəçilər səsvermə prosesinin sakit keçdiyini təsdiqlədilər".