Bank Of Baku

Hamlet Səfixanlı: “Müsavatın qurultayından öncə bir neçə rayon təşkilatı Nizamnaməyə zidd olaraq buraxılıb”

Hamlet Səfixanlı: “Müsavatın qurultayından öncə bir neçə rayon təşkilatı Nizamnaməyə zidd olaraq buraxılıb”
# 06 noyabr 2014 11:23 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Mərkəzi Nəzarət-Təftiş Komissiyası Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun qurultaydakı pozuntular haqqında arayışı ilə bağlı heç bir əks arqumenti, rəyi qəbul etmədi. Hazır rəylə iclasa qatılmışdılar. Rəyin də müzakirəsi olmadı, sadəcə, onu oxudular”.

 

Bu sözləri APA-ya açıqlamasında Müsavat Məclisinin sabiq üzvü, partiyanın qurultayında say komissiyasının üzvü olmuş Hamlet Səfixanlı deyib.

 

H. Səfixanlı bildirib ki, Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Qubad İbadoğlunun qurultaydakı pozuntular haqqında arayışına obyektiv baxmayıb: “Mən və Hikmət Hacızadə öz iradlarımızı səsləndirdik, onlar isə bunları nəzərə almadılar. Bəyan etdilər ki, hər şey düzgündür, qanunidir və heç bir pozuntu yoxdur. Mənim iradım ondan ibarət idi ki, 28 sentyabrda qurultayın davam olmalı idi. Qurultay olmadan Məclisin iclasını elan ediblər. Halbuki Məclisin vaxtı əvvəlcədən elan olunmalı, gündəliyi açıqlanmalıdır”.

 

H. Səfixanlı qeyd edib ki, qurultay seçkilərinə qədər müəyyən rayon təşkilatlarında keçirilən konfranslarda pozuntular olub və bu məsələlər zaman-zaman Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində qaldırılsa da, başqan Arif Hacılının adamları problemin həllinə imkan verməyiblər: “Misal üçün deyə bilərəm ki, qurultaydan öncə partiyanın Gəncə şəhər təşkilatının üzvləri Samux rayon təşkilatından qurultaya nümayəndə seçiliblər. Burada qeydiyyatın pozulması halları baş verib. Əgər həmin şəxslər Samux rayon təşkilatından seçilmək istəyirdilərsə, Gəncə şəhər təşkilatına ərizə verməli və sonra təşkilat şöbəsi onların qeydiyyat yerini dəyişməli idi. O cümlədən, qurultay öncəsi bir neçə rayon təşkilatı Mərkəzi Nəzarət-Təftiş Komissiyasının rəyi olmadan buraxılıb. Məsələn, Zəngilan, Ağdam və Xocalı rayon təşkilatları buraxılıb. Bu, Nizamnaməyə uyğun deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR