Bakı. Cavid Zeynallı – APA. C. Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilovun rəhbərliyi ilə rəyasət heyətinin üzvləri və digər tanınmış rəssamların əsərlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib.
APA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, liseydə rəsm sərgilərinin keçirilməsi artıq ənənə halını alıb.
Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək tədbirin kursantların həyatında mühüm rol oynadığını vurğulayıb.
Sonra şəxsi heyət rəsm əsərləri ilə tanış olub. Sərgiyə gətirilən əsərlər Hərbi Liseyə hədiyyə edilib.