Bank Of Baku

Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərginin açılışı olub - FOTOSESSİYA - VİDEO

Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərginin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 dekabr 2014 13:07 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Muzey Mərkəzində bu gün Azərbaycan Dövlət Teleqraf Agentliyi (“AzərTac”), Türkiyənin “Anadolu” Agentliyi və Yunus Əmrə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərginin açılışı olub.

 

APA-nın məlumatına görə, Azərbaycan və Türkiyənin dövlət himnləri ilə açılan sərgidə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, TRT-nin rəhbəri Şenal Göka, Anadolu Agentliyinin müdir müavini Əbubəkr Şahin, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi, deputatlar və ictimai xadimlər iştirak ediblər.

 

Açılış mərasimində çıxış edən Ə.Həsənov sərginin təşkilatçılarına minnətdarlığını bildirərək deyib ki, Heydər Əliyev aramızda olmasa da, onun ideyaları, həyata keçirdiyi siyasət uğurla davam etdirilir: “Bu gün yaşadığımız və fəaliyyət göstərdiyimiz müstəqil Azərbaycan dövləti ulu öndərin ideyalarının əbədiliyini nümayiş etdirir. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində özünə əbədi yer tutub. Biz yaşadıqca, Azərbaycan xalqı yaşadıqca, bu yer bizim qəlbimizdə əbədi yaşayacaq”.

 

A.Aslanov bildirib ki, sərgidəki fotoşəkillər iki qardaş ölkənin milli informasiya agentlikləri olan “AzərTac” və “Anadolu”nun arxivlərində çox qiymətli sərvət kimi qorunub saxlanır: “Heydər Əliyev çağdaş Azərbaycanın tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalıb. Ulu öndərin ən böyük xidmətlərindən biri odur ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib, siyasi və iqtisadi müstəqilliyə nail olub. Heydər Əliyev həyatı boyu nə iş görübsə, orada azərbaycançılıq məfkurəsi var. Bu gün də onun layiqli davamçısı İlham Əliyev Heydər Əliyev ideyalarını uğurla həyata keçirir”.


Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Meral Barlas Azərbaycanda dövlət quruculuğunun əsasını qoyan Heydər Əliyevi dünya tarixində yeri olan siyasətçi adlandırıb.


Ş.Göka bildirib ki, Heydər Əliyevin daima səsləndirdiyi “Bir millət-iki dövlət” şüarı iki ölkə arasında qırılmaz möhkəm bağların yaranmasına səbəb olub.

 

Ə.Şahin isə deyib ki, “Anadolu” agentliyi türk dünyasının tanınmış oğlu Heydər Əliyevin vəfat etməsinin ildönümünə qatqı vermək üçün öz arxivindən ona məxsus fotoları çıxarıb belə bir sərgi keçirməklə qürur duyur.


Daha sonra tədbir fotosərgi ilə tanışlıqla davam edib. Sərgi üç gün davam edəcə

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR