Bank Of Baku

İlqar Məmmədov tibb məntəqəsinə yerləşdirilib

İlqar Məmmədov tibb məntəqəsinə yerləşdirilib
# 21 noyabr 2014 08:56 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “ReAl” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi məntəqəsinə yerləşdirilib.

 

Hərəkatdan APA-ya verilən məlumata görə, İ. Məmmədovun xəstələnməsi barədə vəkili Fuad Ağayev noyabrın 12-də məlumat verib. Bu gün əldə olunan məlumata görə, İlqar Məmmədov tibbi məntəqəyə yerləşdirilib.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən isə APA-ya məlumatı nə təsdiq, nə də təkzib ediblər.

 

Şöbədən məhbuslarının yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyaları ictimaiyyətə açıqlamaq hüququna malik olmadıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR