Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultaya yer ayrılması ilə bağlı müraciətə cavab verilmədiyi üçün Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verdiklərini xatırladan İ. Qəmbər məhkəmənin gedişi ərəfəsində şəhərin mərkəzindən uzaqda yerləşən Mədəniyyət Evinin təklif olunduğunu qeyd edib.
Müraciətdə Müsavat Partiyasının tarixi xatırladılıb, partiyaya qurultay keçirilmək üçün ayrılan zalın qənaətbəxş olmadığı vurğulanıb.
E. Məmmədyarovdan AŞ Nazirlər Komitəsinin sədri kimi problemin həllinə yardım etməsi istənilib.