Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri təyin olunub.
"APA-Economics"in məlumatına görə, o, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, indiyədək K.Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsini yerinə yetirib.