Bank Of Baku

Lev Spivak: "Azərbaycanda keçirilmiş prezident seçkiləri başqa ölkələrə nümunədir"

Lev Spivak: "Azərbaycanda keçirilmiş prezident seçkiləri başqa ölkələrə nümunədir"
# 11 aprel 2018 18:56 (UTC +04:00)

"Səsvermədə seçicilərin hamısı gülərüzlə iştirak edirdi. Seçici məsuliyyətini xüsusi vurğulamalıyam. Bu, müsbət haldır".

 

APA-nın xəbərinə görə, bunu İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Yoel Razvozov prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

 

Səsvermə zamanı demokratik abı-havanın hökm sürdüyünü bildirən parlamentari seçki məntəqələrində veb-kameraların tətbiqinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

 

İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak isə qeyd edib ki, seçki təşkilatçılığı yüksək səviyyədə olub: "Azərbaycanda keçirilmiş prezident seçkiləri başqa ölkələrə nümunədir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR