Bakı. Ramiz Mikayıloğlu - APA. “Dünyaya demokratiya dərsi verməyə çalışan ölkələrin çoxunda seçkiləri müşahidə institutu yoxdur. Mən İngiltərədə parlament seçkiləri zamanı olmuşam. Mən qubernatorla bir yerdə seçki məntəqəsinə getmişdik, bizi məntəqəyə buraxmırdılar. Axırda onlara dedilər ki, bir ölkənin Mərkəzi Seçki Komissiyasının sədridir, öyrənməyə gəlib, ondan sonra bizi məntəqəyə buraxdılar”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti yanında Bilik Fondunda keçirilən görüşdə Mərkəzi Seçki Komissiyasının (
M.Pənahov deyib ki, İngiltərədə heç Seçki Məcəlləsi də yoxdur: “1860-cı illərdə hansısa sənəd qəbul ediblər, sonra da 3 maddə dəyişiklik ediblər. Lakin bu o demək deyil ki, onlar demokratik seçki keçirmir, bu, onların adət-ənənələrinə hopub. Seçkidən sonra da hamı seçkinin nəticələrindən razı qalır. Ona görə də o ölkədə seçkiləri müşahidə etməyin nə olduğunu bilmirlər”.
M.Pənahov beynəlxalq qurumların ikili standartlardan çıxış etdiyini vurğulayıb: “Ermənistanda prezident seçkiləri zamanı ölümlər, həbslər olmuşdu. Lakin Azərbaycanda 5-10 nəfər vandallıq etmişdi. Ancaq Ermənistanda seçkilərlə bağlı ATƏT-in hesabatında heç nə yox idi, Azərbaycanla bağlı isə hər şey şişirdilmişdi”.