APA-nın məlumatına görə, tədbirdə MSK sədri Məzahir Pənahov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iştirak ediblər.
Juronalistlərə açıqlamasında M. Pənahov bildirib ki, MSK-nın qərarı ilə bələdiyyə seçkilərində bəzi seçki məntəqələrində veb-kameralar quraşdırılıb: “Seçki məcəlləsinin tələbinə uyğun olaraq, veb-kameralar elə yerə quraşdırılıb ki, səsvermə kabinələri istisna olmaqla seçki məntəqəsinin hər yerindəki bütün prosesi izləmək mümkün olsun”.
MSK sədri onu da əlavə edib ki, dünyanın istənilən nöqtəsindən Azərbaycanda keçirilən bələdiyyə seçkiləri zamanı 5000 məntəqənin 20 faizində, yəni 1000 məntəqədə seçkiləri müşahidə etmək mümkün olacaq. Eyni zamanda
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov isə bildirib ki, bütün seçkilərin avtomatlaşdırma sistemi artıq dekabrın 23 -ü tarixinə hazırdır: “Kameralar həmçinin kameralarla məntəqələr arasında optik şəbəkə sistemi tamamilə yoxlanılıb. Məntəqələrdə və dairələrdə telefon və internet sistemi də yenilənib . Həmin gün xüsusiləşdirlmiş poçt sistemi də işləyəcəkdir. Sistemin kiber təhlükəsizliyinə təminat sistemi də artıq yaradılıb”.