Bakı. Ramiz Mikayıloğlu - APA. “Əgər 2000-ci illərə qədər beynəlxalq təşkilatların hesabatlarında polisin seçki dövründə yersiz hərəkətləri qeyd edilirdisə, 2000-ci illərin əvvəllərindən sonra belə iradlara rast gəlinmir”.
APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. M. Pənahov bildirib ki, bu, Daxili İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasının polis əməkdaşları üçün keçirdiyi birgə tədbirlərin nəticəsidir. Bu il də belə tədbirlərin keçirildiyini xatırladan MSK sədrinin sözlərinə görə, bu seçkilərdə də polislərlə bağlı hər hansı irad və problem olmayacaq.