Bank Of Baku

Məzahir Pənahov: “Siyasi partiyalara müraciət edirik ki, dairə seçki komissiyalarına namizədliyini irəli sürdükləri insanlar ali təhsilli olsunlar”

Məzahir Pənahov: “Siyasi partiyalara müraciət edirik ki, dairə seçki komissiyalarına namizədliyini irəli sürdükləri insanlar ali təhsilli olsunlar”
# 13 oktyabr 2014 14:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planının layihə variantı hazırdır”.


APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.


Ötən bələdiyyə seçkilərində xeyli sayda ali savadı olmayan insanların bələdiyyə üzü seçildiyini bildirən M. Pənahov deyib ki, bələdiyyə üzvlərinin ali savadlı olmasını arzulayır. MSK sədri dairə seçki komissiyalarının üzvlərinin də ali təhsilli olmalarını  istədiklərini bildirib: “Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda ucqar rayonlarda, kəndlərində da ali təhsilli insanlar kifayət qədərdir. Dairə seçki komissiyalarına üzv olmaq üçün ali təhsil tələb olunmur. Ancaq MSK siyasi partiyalara da müraciət edir ki, dairə seçki komissiyalarına üzvlüyə namizədliyini irəli sürdükləri insanlar ali təhsilli olsunlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR