Bank Of Baku

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib
# 05 dekabr 2014 10:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.

 

APA-nın Milli Məclisin saytına istinadən verdiyi xəbərə görə, iclasda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi daxil edilib.

 

Onun sözlərinə görə, 17 maddədən ibarət olan saziş cari ilin oktyabr ayında Doha şəhərində imzalanıb: “Sənəd Azərbaycan və Qətər hökumətləri arasında 5 illik müddətdə təhlükəsizlik sahəsində, o cümlədən transmilli və mütəşəkkil cinayətkarlığa, terrorçuluğa, kiber cinayətkarlığa, çirkli pulların yuyulmasına, korrupsiyaya, insan alverinə qarşı mübarizədə əməkdaşlığı nəzərdə tutur”.

 

Z. Əsgərov qeyd edib ki, saziş hər iki ölkənin dövlət və milli maraqlarına uyğundur.

 

Sonra iclasda fikir mübadiləsi aparılıb. Komitə üzvləri sənədin əhəmiyyətini yüksək dəyərləndiriblər. Ölkəmizin bir sıra dövlətlərlə anoloji sazişlər imzaladığı vurğulanaraq, bildirilib ki, müzakirəyə çıxarılmış saziş Azərbaycanla Qətər arasında mədəni, tarixi və arxeoloji əhəmiyyəti olan əşyaların oğurlanması, qaçaqmalçılığı və qanunsuz ticarəti sahəsində cinayətlərə, həmçinin ətraf mühitlə bağlı cinayətlərə qarşı əməkdaşlığı da əhatə edir.

 

Deputatlar sənədin Milli Məclisdə ratifikasiya olunmasını vacib sayıblar.

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR