Bank Of Baku

Polis: Milli Şura və digər qüvvələrin mitinqində 1000 nəfərədək insan iştirak edib - YENİLƏNİB

Polis: Milli Şura və digər qüvvələrin mitinqində 1000 nəfərədək insan iştirak edib - <span style="color: red;">YENİLƏNİB
# 14 aprel 2018 15:13 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.

 

APA-nın xəbərinə görə, açıqlamada deyilir:

 

“Aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

 

***

 

Saat 15:21

 

Bakıda Milli Şuranın mitinqi başlayıb.

 

APA-nın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş “Məhsul” stadionunda keçirilir.

 

Mitinqdə Müsavat Partiyası da iştirak edir.

 

Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən təmin olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR