Bank Of Baku

Milli Şura mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Milli Şura mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 03 noyabr 2014 09:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Şura noyabrın 10-a təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

 

Bu barədə APA-ya açıqlamasında Milli Şuranın üzvü, qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bildirib.

 

O. Gülalıyev deyib ki, keçən həftənin sonunda Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə Milli Şuranın noyabrın 10-da Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda “Siyasi məhbuslara azadlıq” şüarı ilə mitinq keçirmək barədə qərar qəbul etdiyi qeyd olunub.

 

Xatırladaq ki, Milli Şuranın Koordinasiya Şurasının oktyabrın 29-da keçirilən toplantısında noyabrın 10-da mitinq keçirməklə bağlı qərar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR