Bakı. Etibar Məmmədov – APA. Bu gün keçmiş “Məhsul” stadionunda Demokratik Qüvvələrin Milli Şurasının Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
APA-nın məlumatına görə, aksiyada Milli Şuraya daxil olan qurumlarla yanaşı islamçıların və digər müxalifyönlü təşkilatların 700 nəfərə yaxın təmsilçiləri iştirak ediblər.
Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal, Namizəd Səfərov, Fuad Qəhrəmanlı və digərləri çıxış ediblər.
Müsavat başqanı Arif Hacılı, sabiq başqan İsa Qəmbər aksiyaya qatılmayıblar. Partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlu isə mitinqdə iştirak edib.
KXCP sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu və müavinləri də mitinqə qatılmayıbılar.
Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.