Bank Of Baku

Mingəçevirdə polis əməkdaşlarının zona müşavirəsi keçirilib

Mingəçevirdə polis əməkdaşlarının zona müşavirəsi keçirilib
# 01 dekabr 2014 08:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Mingəçevirdə polis əməkdaşlarının zona müşavirəsi keçirilib.

 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsində baş tutan müşavirədə daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev, respublikanın Şimal-Qərb, Şirvan, Aran və Qarabağ bölgələrinin ərazi polis orqanlarının xidmət üzrə rəis müavinləri, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşları iştirak edib. Toplantıda cari ilin ötən dövründə aidiyyatı xidmət tərəfindən görülən işlər, o cümlədən bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə olunub.
 

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general - mayoru Ərziman Əliyev görülən işlər və xidməti fəaliyyətdə buraxılmış nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə ilə çıxış edib.
 

Daha sonra mövzu ətrafında müxtəlif çıxışlar dinlənilib, müzakirə və fikir mübadiləsi aparılıb.
 

Tədbirə yekun vuran polis general-mayoru İsmət Əliyev qeyd olunmuş iradlardan düzgün nəticə çıxarılmasının zəruriliyini bildirib, bələdiyyə seçkilərinədək səsvermə hüququ olan bütün vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsinin, eyni zamanda, görülən işlər barədə kütləvi informasiya vasitələri ilə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırılmasının vacibliyi barədə müşavirə iştirakçılarına DİN rəhbərliyinin tövsiyələrini çatdırıb, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində səyləri gücləndirməyi tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR