Bank Of Baku

Misirdə qanlı toqquşma: 18 ölü, 50 yaralı

Misirdə qanlı toqquşma: 18 ölü, 50 yaralı
# 26 yanvar 2015 07:28 (UTC +04:00)

Misirdə Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsi ilə nəticələnən 25 yanvar inqilabının dördüncü ildönümü qanlı toqquşmalarla müşayiət olunub. APA TV-nin xəbərinə görə, etiraz aksiyasına və polislə toqquşmalara çevrilən bayram tədbirində ölənlər və yaralananlar olub.

 

Misirin Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalar zamanı 18 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Ölənlərdən 2-si polis əməkdaşıdır. Ölüm halları paytaxt Qahirədə, İsgəndəriyyədə və Kəfr əş-Şeyx əyalətində qeydə alınıb. Ən qanlı toqquşmalar Qahirə yaxınlığında baş verib. Güc strukturlarının əməkdaşları "Müsəlman qardaşları" hərəkatının təşkil etdiyi mitinqi dağıdıb və 9 nəfər ölüb.

 

Toqquşmalardan sonra Misir ordusu ölkənin küçə və meydanlarında təhlükəsizlik tədbirlərini gücləndirib. Yanvar inqilabının baş meydanı olan Təhrir tikanlı məftillər və tanklarla əhatəyə alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR