Bank Of Baku

MM-in payız sessiyasının qanunvericilik işləri planı qəbul olunub

MM-in payız sessiyasının qanunvericilik işləri planı qəbul olunub
# 30 sentyabr 2014 11:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında sessiyanın işlər planı səsverməyə çıxarılıb. APA-nın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov işlər planını elan edib.

 

Payız sessiyasının işlər planına Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında qanun layihəsi, Hərbi qulluqçuların statusu haqqında qanun layihəsi, Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi, Kənd təsərrüfatında informasiya - məsləhət vermə xidməti haqqında qanun layihəsi, Elm haqqında qanun layihəsi, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri və Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri daxildir. Səsvermə nəticəsində  Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR