Bank Of Baku

Moskvada “Total” prezidentinin həlak olduğu təyyarə qəzası ilə bağlı 4 nəfər saxlanılıb

Moskvada “Total” prezidentinin həlak olduğu təyyarə qəzası ilə bağlı 4 nəfər saxlanılıb
# 23 oktyabr 2014 02:23 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə,    “Vnukovo” aeroportunun uçuş zolağında təmizlik işləri həyata keçirən aerodrom xidmətinin aparıcı mühəndisi Vladimir Ledenev, uçuşlar üzrə rəhbər Roman Dunayev, dispetçer-stajçı Svetlana Krivsun və dispetçer Aleksandr Kruqlov saxlanılıb. Saxlanılan şəxslər uçuş təhlükəsizliyinin tələblərinə riayət olunmasını təmin etməməkdə ittiham olunur. Saxlanılan şəxslər şübhəli şəxs qismində ifadə veriblər.    

 

Xatırladaq ki, oktyabrın 20-də Moskvanın “Vnukovo” aeroportunda kiçik mühərrikli təyyarənin qartəmizləyən texnika ilə toqquşması nəticəsində Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjeri və təyyarə heyətinin 3 üzvü ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR