Bank Of Baku

MSK Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verib - VİDEO

MSK Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verib - <span style="color: red;">VİDEO
# 07 yanvar 2015 13:13 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib.


Xatırladaq ki, 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilən A.Hacıyev QDİƏT PA-nın baş katibliyi İstanbulda yerləşdiyi üçün Türkiyəyə köçəcək. Buna görə də o, yanvarın 5-də MSK-ya müraciət edərək, deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib. Seçki Məcəlləsinin 175 və 176-cı maddəsinə görə, müvafiq müraciət daxil olduqdan sonra 2 gün sonra deputatın müraciətinə baxılır.


Daha sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.


Qeyd edək ki, akademik Asəf Hacıyev 1951-ci ildə anadan olub. 1995-ci ildən Milli Məclisin deputatıdır. Parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edir, Elm və təhsil komitəsinin üzvüdür. Hakim Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR