Bank Of Baku

MSK sədri: “Artıq bütün bələdiyyələrdə tərkib formalaşmış sayılmalıdır”

MSK sədri: “Artıq bütün bələdiyyələrdə tərkib formalaşmış sayılmalıdır”
# 24 dekabr 2014 10:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunu ilə bağlı mətbuat konfransı keçirib.

 

APA-nın məlumatına görə, M.Pənahov deyib ki, seçkilərdə 8 partiya tərəfindən namizədlər irəli sürülüb, siyasi mənsubiyyətini göstərənlər də nəzərə alınsa, seçkilərdə 30 partiyanın üzvləri iştirak edib.

 

M.Pənahov bildirib ki, namizədlərin ümumi sayı da nəzərə alınsa, bələdiyyə seçkilərinə marağın böyük olduğunu demək olar. Onun sözlərinə görə, seçkilərdə 1 876 014 nəfər, yəni seçicilərin 38,93%-i seçkilərdə iştirak edib: “Gecə saat 4:00-da artıq bütün bələdiyyələr üzrə məlumatlar Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Artıq bütün bələdiyyələrdə tərkib formalaşmış sayılmalıdır, 15035 lider üzv müəyyənləşib”.

 

M.Pənahov bildirib ki, sosial şəbəkələrdə yayılan kadrlar MSK-da araşdırılacaq. Seçki Məcəlləsinin tələbinə əsasən, MSK 20 gün ərzində daxil olacaq müraciətləri araşdıracaq və yekun protokollarla seçkilərə yekun vuracaq: “Seçkilərdə 1 yerə 2,5 namizədin olması böyük göstəricidir. Seçicilərin aktivliyi də nəzərə alsa, bu, Azərbaycan vətəndaşlarının müstəqil dövlətlərinə etimadının göstəricisidir. Artıq seçki ilə bağlı səsvermə də daxil olmaqla, böyük mərhələ arxada qalıb. Qısa müddətdə seçkiyə yekun vuracağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR