Bakı. Ramiz Mikayıloğlu - APA. “Seçkilər yeganə vasitədir ki, ölkənin daxili işlərinə bu və ya digər dərəcədə müdaxilə etmək imkanı verir”.
APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
M.Pənahov deyib ki, bu gün dünyada qoşun çəkib ölkənin sərhədlərini pozmaq tendensiyası yoxdur: “Yeganə vasitə seçkilərdir. Bu da onunla bağlıdır ki, demokratiyaya əsasən seçki heç bir ölkənin daxili işi deyil. Ona görə də məsuliyyətli olmalıyıq ki, ölkəmiz kənardan baxanda pis görünməsin. Ölkəmizin müstəqil yaşaması üçün imkanlarımızdan istifadə etməliyik. Buna savadımız, dünyagörüşümüz çatır”.