Bakı. Ramiz Mikayıloğlu - APA. Yaxın günlərdə Azərbaycanda məntəqə seçki komissiyalarının üzvlərinə qruplar şəklində treninqlər keçirilməsinə başlanacaq. Treninqlər üçün 1 ay vaxt sərf ediləcək.
APA-nın məlumatına görə, bunu bu gün
M.Pənahov treninqlərdə beynəlxalq təşkilatların nümayəndələrinin iştirakını zəruri sayıb: “Mən beynəlxalq təşkilatların nümayəndələrinin bu treninqlərdə iştirak etməsini istəyirəm. Digər tərəfdən, bülletenlərin çap olunması bələdiyyə seçkilərində daha çox vaxt aparır, 1607 növ bülleten çap olunur. Bülletenlərin çapı dekabrın 15-nə qədər başa çatmalıdır. Çünki səsverməyə bir həftə qalmış biz bütün tədbirləri dayandırırıq”.
M.Pənahov qadınları bələdiyyə seçkilərində fəal iştirak etməyə, namizədliklərini irəli sürməyə çağırıb.