Bakı. Ramiz Mikayıloğlu – APA. Mərkəzi Seçki Komissiyası seçki hüququnun pozulması ilə əlaqədar müraciətlərin dairə seçki komissiyaları nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına həsr olunmuş seminar-müşavirə keçirir.
APA-nın xəbərinə görə, seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində keçirilən tədbirin əsas məqsədi vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada ətraflı, obyektiv və effektiv araşdırılması, həmçinin şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır.
Layihə çərçivəsində iştirakçılara
Seminar-müşavirədə 118 seçki dairəsi dairə seçki komissiyalarının ekspert qrupunun üzvləri iştirak edir.