Bank Of Baku

Bakı Şəhər Baş Polis İdarəsi: Müsavatın mitinqində 400 nəfər iştirak edib - YENİLƏNİB

Bakı Şəhər Baş Polis İdarəsi: Müsavatın mitinqində 400 nəfər iştirak edib - <span style="color: red;">YENİLƏNİB
# 14 dekabr 2014 14:36 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi aksiya keçirməsi ilə bağlı məlumat yayıb.

 

İdarədən APA-ya daxil olan məlumatda bildirilir ki, dekabrın 14-də Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

 

Saat 15.00-dan 16.00-dək davam edən toplantıda partiyanın 400 nəfərədək üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

 

 

***

saat 16.16

 

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası dekabrın 14-də keçmiş “Məhsul” stadionunda mitinq keçirib.

 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinq 10 Dekabr - Beynəlxalq İnsan Haqları gününə həsr olunub.

 

Aksiyada Müsavatın keçmiş başqanı İsa Qəmbər və Müsavat başqanı Arif Hacılı çıxış ediblər.

 

Sonda mitinqin qətnaməsi qəbul olunub.

 

Aksiya nəzərdə tutulandan 1 saat əvvəl başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR