Bakı. Etibar Məmmədov – APA. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu barədə APA-ya məlumat verən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, partiyanın iddia ərizəsi təmin edilməyib. G. Aslanlı qərarla bağlı Apelyasiya Məhkəməsinə müraciət edəcəklərini vurğulayıb.
Xatırladaq ki, Müsavat Partiyası mayın 24-nə təyin etdiyi qurultaya yer ayrılması üçün etdiyi müraciətin cavabsız qaldığını əsas gətirərək Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə vermişdi.