Bank Of Baku

Müsavat Partiyası Qadınlar Birliyi Ellada Məmmədlinin deputatlığa namizəd göstərilməsinə qərar verib

Müsavat Partiyası Qadınlar Birliyi Ellada Məmmədlinin deputatlığa namizəd göstərilməsinə qərar verib
# 29 mart 2015 12:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədlinin deputatlığa namizədliyi irəli sürülüb.

 

E. Məmmədli APA-ya açıqlamasında bildirib ki, Qadınlar Birliyinin Şura iclasında 35 saylı Xətai Seçki Dairəsindən onun namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edilib. Namizədliyin təsdiqlənməsi üçün partiya rəhbərliyinə müraciət olunub.

 

Xatırladaq ki, Müsavat başqanlığına sabiq namizəd, partiyadan kənarlaşdırılan ADR sədri Qubad İbadoğlunun digər müavini Vurğun Əyyubun da millət vəkilliyinə namizədliyi irəli sürülüb. Lakin Müsavat rəhbərliyi onun namizədliyini hələlik qəbul etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR