Bank Of Baku

Natiq Məmmədov: “Dünyada seçki məntəqələrində veb-kameraların qoyulmasını ilk dəfə Azərbaycan tətbiq edib”

Natiq Məmmədov: “Dünyada seçki məntəqələrində veb-kameraların qoyulmasını ilk dəfə Azərbaycan tətbiq edib”
# 15 dekabr 2014 09:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Dünyada seçki zamanı məntəqələrdə veb-kameraların qoyulmasını ilk dəfə Azərbaycan tətbiq edib”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə keçirilən “Jurnalistlərin seçki prosesində fəaliyyətlərinin əsasları” mövzusunda konfransda MSK sədrinin müavini Natiq Məmmədov deyib.

 

N. Məmmədov bildirib ki, bu texniki prosesin təşkili böyük vəsait və görüntülərdə fasiləsizlik tələb edir. Onun sözlərinə görə, hər hansı texniki problem səbəbindən seçki günü veb-kameralar vasitəsilə ötürülən görüntülərdə fasilə yaranırsa, buna seçkiyə qərəzli yanaşan qüvvələr tərəfindən necə yanaşılacağını təsəvvür etmək çətin deyil: “Azərbaycanın seçki məntəqələrinin 20 faizində veb-kameralar vasitəsilə internet üzərindən görüntüləri yayması böyük göstəricidir. Bir sıra ölkələr hazırda veb-kameraların tətbiqi üzərində düşünürlər. Digər tərəfdən, 50 min müşahidəçi çox ciddi rəqəmdir. 150 milyon əhalisi olan ölkələrdə 10 min müşahidəçi olur. Bizə lazımdır ki, KİV-lər belə həqiqətlərin çatdırılmasında elə vasitəçi olsunlar ki, burada tərəf kimi çıxış etməsinlər. Həqiqəti peşəkarlıqla, düzgün çatdırsalar, neytrallıq da, balans da təmin olunacaq. Bunun üçün həm seçki təşkilatçıları, həm də media mənsublarından peşəkarlıq tələb olunur”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR