Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ölkədə QHT sektorunda çox ciddi boşluqların olmasından narahat odluğunu bildirib.
APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında gələn ilin büdcəsinin müzakirəsi zamanı O.Əsədov bildirib ki, bir sıra qanunların qəbul olunmasına baxmayaraq, QHT sektorunda ciddi boşluqlar var.
O qeyd edib ki, bu məsələ ilə ciddi məşğul olmaq lazımdır: “Biz bu sahədə milli mənafelər baxımından bir sıra qanun layihələri qəbul etmişik. Amma hələ də ciddi boşluqlar müşahidə olunur”.
O.Əsədov iclasda iştirak edən maliyyə naziri S.Şərifova müraciət edərək, məsələnin diqqətdə saxlanılmasını xahiş edib.