Bank Of Baku

Prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunub

Prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunub
# 31 may 2018 12:39 (UTC +04:00)

Azərbaycanda prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunub.

 
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
 

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

Layihəyə əsasən yeni medal ilə prokurorluq sistemində xidmətdə yüksək nəticələr əldə edən, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində peşəkarlığı ilə fərqlənən, uzun müddət qüsursuz xidmət edən prokurorluq orqanlarının əməkdaşları və veteranları, prokurorluq orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaq.
 

Layihə səsə qoyularaq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR