Bank Of Baku

Rusiya Federal Miqrasiya Xidmətinin Moskva şəhəri üzrə idarəsinin rəis müavini erməni dostu tərəfindən güllələnib

Rusiya Federal Miqrasiya Xidmətinin Moskva şəhəri üzrə idarəsinin rəis müavini erməni dostu tərəfindən güllələnib
# 07 noyabr 2014 13:40 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Federal Miqrasiya Xidmətinin Moskva şəhəri üzrə idarəsinin rəis müavini Nikolay Azarov erməni dostu tərəfindən güllələnib. APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə Yakutiyada baş verib.

 

43 yaşlı Nikolay Azarov ov məqsədilə Yakutiyanın Xanqalskiy rayonunun Ulaxan-An kəndindən 30 km aralıda yerləşən Xarıyalax-Yuryax adlı yerə gedib. Bu zaman onunla birlikdə avtomobildə olan yaxın dostu, "MCİTY-Development" tikinti firmasının sahibi Armen Zakaryan əlində olan silahdan atəş açıb. Ağır yaralanan Azarov yerindəcə keçinib.

 

Hadisəni törədən A. Zakaryan yaxalanıb. Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR