Bank Of Baku

Səxavət Əlisoy: “Müsavat başqanlığına namizədliyimi kiməsə güzəştə getmək fikrim yoxdur”

Səxavət Əlisoy: “Müsavat başqanlığına namizədliyimi kiməsə güzəştə getmək fikrim yoxdur”
# 03 sentyabr 2014 09:20 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat başqanlığına namizədliyimi kiməsə güzəştə getmək fikrim yoxdur”.

 

Bunu APA-ya açıqlamasında Müsavat başqanının keçmiş müşaviri Səxavət Əlisoy deyib.

 

S.Əlisoy qeyd edib ki, hazırda başqanlığa namizədliyini kiminsə xeyrinə geri götürmək barədə düşünmür: “Çünki hələ proseslər aydınlaşmayıb. Yalnız proseslər aydınlaşandan sonra bir fikir söyləmək olar”.

 

S.Əlisoy Müsavat başqanlığa namizədliyini indiyədək irəli sürməməsinə də aydınlıq gətirib: “İndi Bakıda deyiləm. Bəzi işlərim olduğundan, namizədliyimi hələ ki, verməmişəm. Amma qayıdandan sonra bu işlə məşğul olacağam”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR