Bank Of Baku

Səxavət Əlisoy Müsavat başqanlığına namizədliyini geri götürə bilər

Səxavət Əlisoy Müsavat başqanlığına namizədliyini geri götürə bilər
# 25 sentyabr 2014 10:56 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Hər bir namizəd öz səsini yaxın iki gün ərzində götür-qoy edəcək və ortaya reallıq qoyulacaq. Bu reallığa uyğun da addım atılacaq. Kiminsə xeyrinə namizədliyini geri çəkmək məsələsi isə danışıqların nəticəsində bəlli olacaq”. Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına namizəd Səxavət Əlisoy deyib.

 

Onun sözlərinə görə, Müsavat başqanlığına namizədlərin heç biri ilk turda qələbə çalmaq iqtidarında deyil.

 

S.Əlisoy qeyd edib ki, namizədlər öz səslərini müəyyənləşdirdikdən sonra real vəziyyətə uyğun addım atacaqlar. O, bundan sonra namizədliyini daha şanslı namizədin xeyrinə geri götürəcəyini də istisna etməyib: “Seçkilərin birinci turu üçün heç kəsin səsi yetərli deyil. Hazırda namizədlər arasında danışıqlar aparılır və bu danışıqlar seçki texnologiyasında məqbul sayılır. Bununla bağlı mən bir neçə namizədlə görüşmüşəm”.

 

Qeyd edək ki, Müsavat qurultayını sentyabrın 27-nə təyin edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR