Bank Of Baku

Siyavuş Novruzov: “Həbs olunan QHT rəhbərləri girov deyil ki, qeyd-şərtsiz azad edək”

Siyavuş Novruzov: “Həbs olunan QHT rəhbərləri girov deyil ki, qeyd-şərtsiz azad edək”
# 30 sentyabr 2014 10:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov “Freedom House”u anonim beynəlxalq təşkilat adlandırıb. APA-nın xəbərinə görə, deputat bildirib ki, bu təşkilat Azərbaycana qarşı qərəzli mövqeyini mütəmadi olaraq davam etdirir: “İndi bu təşkilat Azərbaycanda həbs olunan QHT rəhbərlərinin qeyd-şərtsiz azad olunması tələbini irəli sürür. Onlar girov deyil ki, qeyd-şərtsiz azad edək. İstintaq davam edir və bu, hüquqi qaydada həll olunmalıdır”.


S. Novruzov hesab edir ki, Azərbaycandakı QHT-lər beynəlxalq təşkilatlardan alınan qrantların hesabatını verməlidir: “Biz Avropa Şurası Parlament Assambleyasının nümayəndələrindən soruşduq ki, niyə Rusiyanı səsvermə hüququndan məhrum edirsiniz, amma Ermənistanı yox? Onlar bizə dedilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə 1992-ci il idi, Azərbaycan isə 2001-ci ildən Avropa Şurasının üzvüdür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR