Bank Of Baku

Üç partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb

Üç partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb
# 27 oktyabr 2014 13:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayılloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

 

APA-nın məlumatına görə, öncə MSK-nın 20 oktyabr və 21 oktyabr tarixli iclas protokolları təsdiq edilib.

 

Daha sonra 23 dekabr tarixinə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələlərinə baxılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Bu partiyaların bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

 

Sonda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR