Bakı. Etibar Məmmədov – APA. Ümid Partiyası Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib.
Partiyadan APA-ya verilən məlumata görə, oktyabrın 25-də partiyanın mərkəzi strukturları bununla bağlı sənədləri MSK-ya təqdim edəcək.
Partiyanın hədəfi seçkidə minimum 900 bələdiyyə subyekti üzrə namizədlərlə iştirak etmək və Seçki Məcəlləsinə uyğun olaraq pulsuz efir vaxtı almaqdır.