Bank Of Baku

Vurğun Əyyub: “Bizi Sülhəddin Əkbərlə müqayisə edənlər unudurlar ki, hansısa mərkəzlərdə onunla birlikdədirlər”

Vurğun Əyyub: “Bizi Sülhəddin Əkbərlə müqayisə edənlər unudurlar ki, hansısa mərkəzlərdə onunla birlikdədirlər”
# 09 yanvar 2015 09:06 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təşkilat komitəsinin üzvü Vurğun Əyyub deyib.

 

V. Əyyub bildirib ki, hələ ki, ADR-in təsis yığıncağının vaxtı dəqiq məlum deyil. Onun sözlərinə görə, təsis yığıncağının yanvarın 31-də - Məhəmməd Əmin Rəsulzadənin doğum günündə keçirilməsi arzu olunur.

 

V. Əyyub ADR-i Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbərin yaratdığı partiya ilə müqayisə edənlərə də cavab verib: “Bu, onların düşüncəsidir. Amma deyəsən, bunu deyənlər unudurlar ki, indi Sülhəddin Əkbərlə hansısa toplantılarda, mərkəzlərdə birlikdədirlər”.

 

Xatırladaq ki,  Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova APA-ya açıqlamasında deyib ki, ARD partiyaya çevriləcəksə, S. Əkbərin partiyasından bir fərqi olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR